Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP29) başa çatır.
11 noyabrdan etibarən Bakı dünyanın iqlim paytaxtıdır, planetimiz yaşıl gələcək, dayanıqlı inkişaf naminə Azərbaycanda bir araya gəlib.
COP29 nə ilə fərqləndi? COP29-un əsas özəlliyi ən inklyuziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, K
COP29-da iştirak etmək üçün 76 min nəfər qeydiyyatdan keçdi və bu rekord göstəricidir.
Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək, müzakirələr, tədbirlər, danışıqlar, hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu.
Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.
COP-ların keçirilməsi təcrübəsində ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası yaradıldı.