Aparıcı toydakı dəhşətli anlardan danışdı: Bir anda oldu VİDEO

28.11.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında toy zamanı yanğın baş verib. Həmin məclisin aparıcılığı Mikayıl Güləddinoğluna həvalə olunub.

Mikayıl Güləddinoğlu Globalinfo.az-a açıqlamasında deyib ki, tavanda yanğın anidən başlayıb:

“Tavanın döşəmə arasında məsafə çox olduğundan alovu dərhal söndürmək mümkün olmadı. Yanğın projektorlardan birində başladı. Tavan və projektor plastik materialdan hazırlandığı üçün alov sürətlə yayıldı. Hadisə yerinə yanğınsöndürən briqadası gəldi və yanğın söndürüldü”.

Aparıcı bildirib ki, toy qısa fasilədən sonra davam etdirilib:

“Yanğın başlayanda zaldakı qonaqlar dərhal təxliyə olundu. Şadlıq sarayının birinci mərtəbəsində də zal var. Restoranın əməkdaşları operativ şəkildə həmin zaldakı masaları hazırlayıb, qonaqları ora yerləşdirdilər. Çünki eyni zalda tüstü səbəbindən oturmaq mümkün deyildi. Toy isə öz axarı ilə davam etdi”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью