Icma.az bildirir, Axsham.az portalına istinadən. Müğənni Nura Suri aparcılardan şikayətçidir.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.
O, son vaxtlar niyə efirlərə çıxmamasına belə aydınlıq gətirib: "Verlişlərə getməməyimin səbəbləri var.
Bütün kanallardan dəvət alıram (problem bu deyil). Hətta bayram konsertlərinə də qatılmadım (dəvət aldım).
Birinci məni qane etməyən məsələ, verlişlərdə danışılan mövzulardır.
İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram hətta. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram.
Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir.
Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər (bütün aparıcılara şamil olunmur).