Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman ad günündən çıxarkən avtomobil qəzasında vəfat edib.
Axşam.az-ın məlumatına görə, onun olduğu maşının fotosu yayılıb.
Qeyd edək ki, Ada ötən gün yaxınları ilə birlikdə ad gününü qeyd edib. Onun olduğu maşın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəzaya düşüb və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə sürücü, Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb.