APBF nin yeni prezidenti məlum oldu

12.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Peşəkar Boks Federasiyasında (APBF) yeni rəhbərlik formalaşıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli qurumun yeni prezidenti seçilib. Federasiyanın vitse-prezidenti vəzifələrinə isə İdarə Heyəti sədrinin müavini Tural Mailov ilə Əməkdar məşqçi İlkin Ağayev gətirilib.

Yeni rəhbər heyətinin əsas hədəfi federasiyanın işini yenidən canlandırmaq, ölkədə peşəkar boksun inkişaf tempini artırmaq və Azərbaycanın beynəlxalq idman arenasındakı nüfuzunu möhkəmləndirməkdir. Bu istiqamətdə artıq yeni inkişaf strategiyasının hazırlanması və idarəetmə strukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью