Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini təmin edib

22.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 aprel, AZƏRTAC

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.

Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisinin U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib.

U-17 Liqasının “Qarabağ”la matçında rəqibi təhqir etdiyinə görə 3 oyun diskvalifikasiya edilən futbolçunun cəzası azaldılıb. Belə ki, cəzanın ikisi şərti olaraq dəyişdirilib, 3 ay sınaq müddəti müəyyən olunub . Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью