Apellyasiya məhkəməsi Trampın xarici yardımı kəsmək hüququnu rədd edib

06.09.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi bu həftənin əvvəlində Prezident Donald Trampın administrasiyasından xarici yardım üçün əvvəlcədən təsdiq edilmiş maliyyə vəsaitini ayırmasını tələb edən aşağı instansiya məhkəməsinin qərarını dayandırmaqdan imtina edib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmənin qərarında qeyd olunub.

Xatırladaq ki, sentyabrın 3-də ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi Ağ Evin beynəlxalq agentliklər vasitəsilə Konqres tərəfindən təsdiqlənmiş 5 milyard dollara yaxın xarici yardımı dayandırmaq hüququna malik olmadığına qərar verib.

Avqustun sonunda Tramp ümumi dəyəri 4.9 milyard dollar olan 15 xarici yardım proqramını dayandırıb. Prezident qeyd edib ki, bu qərar Dövlət Departamentinin, USAID-in proqramlarına və xarici yardımlara aiddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью