Apellyasiya şikayəti verən müəllimlər bu gün müsahibədən keçiriləcəklər

08.09.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya şikayətləri qəbul olunmuş namizədləri bu gün onlayn müsahibə verəcəklər.
Bu barədə Modern.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edək ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndərilib.

İnsan Resursları Mərkəzi apellyasiya şikayətləri qəbul olunmuş namizədlərin sayını qçıalqmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью