Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər RƏSMİ | Icma.az
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Beynəlxalq imtahanlarda belə bir qayda var ki, apellyasiya müraciəti üçün müəyyən məbləğdə depozit qoyulur.
Əgər apellyasiya təmin olunarsa, bu məbləğ geri qaytarılır. Amma təmin olunmazsa, həmin məbləğ qalır.
Ola bilsin ki, biz də bunu Tarif Şurasına təklif edək. Amma bizdə bunun belə tətbiq ediləcəyini hələ deyə bilmərəm”.
Ölkə.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
O bildirib ki, bir çox hallarda imtahan nəticələri elan edilməmişdən əvvəl iştirakçılara apellyasiya müraciəti etmək tövsiyə edilir: “Məsələn, imtahan dünən keçirilib, nəticələr hələ açıqlanmayıb.
Amma sosial şəbəkələrə baxanda görürsən ki, blogerlər, təhsillə heç bir əlaqəsi olmayan şəxslər namizədlərə apellyasiya başlayan kimi mütləq ərizə yazaraq müraciət etməyi məsləhət verirlər.
Axı nəticə hələ elan olunmayıb, nəyi apellyasiyaya verirlər, bilinmir.
Tam oxu
Xəbəri oxu