APL də “ikincilik” yarışı

01.05.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə uduzub – 1:2.

Çempionluğu rəsmiləşən “Sabah”dan 13 xal geridə olan “atlılar” üçün ikinci pillə də təhlükədədir. Aktivində 59 xalı olan “Qarabağ” ən yaxın izləyicisi “Turan Tovuz”u üç xal qabaqlayır və komandalar növbəti turda üz-üzə gələcək. Tovuzlular qələbə qazanacağı halda, xallar bərabərləşəcək və son üç görüş gümüş medallar üçün kritik olacaq.

“Qarabağ”ın növbəti 4 oyunu:

30-cu tur: Qarabağ – Turan Tovuz
31-ci tur: Qəbələ – Qarabağ
32-ci tur: Qarabağ – İmişli
33-cü tur: Sumqayıt – Qarabağ

Təqvim “atlılar”ın xeyrinədir. “Qarabağ” növbəti turda tovuzlularla oyunda xal itirməzsə, böyük ölçüdə ikinci pilləni təmin edəcək.

“Turan Tovuz”un növbəti 4 oyunu:

30-cu tur: Qarabağ – Turan Tovuz
31-ci tur: Turan Tovuz – Karvan-Yevlax
32-ci tur: Şamaxı – Turan Tovuz
33-cü tur: Turan Tovuz – Sabah.

Kurban Berdıyevin yetirmələrinin son turda çempiona qarşı ev oyunu var. “Qarabağ”la müqayisədə daha çətin görüşləri olan tovuzlular ilk növbədə növbəti matçdan üç xal qazanmalı və xalları bərabərləşdirməlidir. “Qarabağ”ın enişdə olduğunu nəzərə alsaq, “Turan Tovuz” üçün gümüş medallar şansının davam etdiyini demək olar. Gümüş medal yarışında növbəti tur həlledicidir.

Mayın 4-də keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununa saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью