“APL Fantasy” tətbiqi təqdim olundu

31.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqası üçün “APL Fantasy” tətbiqinin təqdimatı keçirildi.

Futbolpress.az xəbər verir ki, “Radisson” otelində baş tutan tədbirə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı direktor Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev texniki direktor Elgiz Abbasov və digər rəsmi şəxslər qatıldı.

Tədbirdə əvvəlcə Cahangir Fərəcullayev çıxış etdi. Funksioner layihənin faydalarından söz açdı, iştirakçılara uğurlar arzuladı. Daha sonra PFL-in texniki direktoru Elgiz Abbasov layihə haqqında məlumat verdi. Tətbiqin qurucusu Ziya Əsgərov isə istifadə qaydalarından söz açdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью