APL: səfərdə məğlubiyyət və qələbə görməyənlər

10.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasında 16 tur geridə qalıb.

“FutbolPress“in məlumatına görə, geridə qalan oyunlardan sonra səfər matçlarında ən yaxşı nəticə göstərən komanda lider “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin yetirmələri qonaq kimi keçirdiyi 8 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib. Səfərdə məğlubiyyəti unudan naxçıvanlılar bu görüşlərdə 11 qol vurub, 2-ni buraxıb.

Bu göstəricidə ikinci pillədə “Qarabağ” yer alıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8 səfər oyununda 6 qələbə qazanıb, 2 heç-heçə edib. Qolların nisbəti 20:3-dür.

“Üçlüy”ü “Turan Tovuz” tamamlayır. Kurban Berdıyevin yetirmələri 8 səfər matçında 3 qələbə qazanıb, 4 heç-heçə edib, 1 dəfə uduzub. Qolların nisbəti 13:8-dir.

Səfər oyunlarında nəticələri ən pis olan “Səbail”dir. “Dənizçilər” bu mövsüm hələ qonaq olduğu oyunlarda xal qazana bilməyib. “Səbail”lə yanaşı, səfərdə qələbə görməyən digər komanda isə “Neftçi”dir. “Ağ-qaralar” 8 səfər görüşünün 4-də heç-heçə edib, 4-də uduzub.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Portuqaliyalılar “Qarabağ”ın oyununda olacaq

10 Dekabr 2024, 13:54

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

10 Dekabr 2024, 10:36

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz” da siyahıya düşdü, “Qarabağ” və “Sabah” irəlilədi

10 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: turun oyunlarını neçə azarkeş izlədi?

10 Dekabr 2024, 9:08

Əsas xəbərlər, Premyer liqa “Araz-Naxçıvan” ilkə imza atdı

9 Dekabr 2024, 11:12

Əsas xəbərlər, Manşet, Premyer liqa APL-də yeni lider – “Araz-Naxçıvan”

9 Dekabr 2024, 9:00

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью