Apple 2026 cı ilə görünməmiş innovasiyalar vəd edib

31.01.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Apple" 2026-cı ildə bazara yeni məhsullar və innovativ həllər çıxarmağa hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə "MacRumors"a açıqlamasında şirkətin baş direktoru Tim Kuk danışıb.

Onun sözlərinə görə, ötən rüb "Apple" üçün kifayət qədər uğurlu keçib və əldə olunan nəticələr şirkətin gələcək planlarını daha da genişləndirməsinə imkan yaradıb.

Tim Kuk bildirib ki, gələn ildən etibarən texnologiya sektorunda indiyədək analoqu olmayan, istifadəçi təcrübəsinə ciddi təsir göstərə biləcək yeniliklər təqdim olunacaq. Bununla belə, yeni cihaz və ya xidmətlərin detalları hələlik açıqlanmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью