Apple 2027 ci ilin ortalarına qədər beş yeni iPhone modeli təqdim edəcək

02.07.2026

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Apple 2027-ci ilin ortalarına qədər beş yeni iPhone modeli təqdim edəcək

Apple, 2026-cı ilin ikinci yarısı - 2027-ci ilin birinci yarısında ən azı beş yeni iPhone modeli təqdim etməyi planlaşdırır. iPhone 18 və yeni iPhone Air gələn ilin əvvəlində təqdim olunacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Nikkei Asia” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, korporasiya qatlanan qadcetlərin istehsal planını da artırıb. Mənbələr bildiriblər ki, Apple artıq təchizatçıları bu il təxminən 10 milyon qatlanan iPhone istehsalına hazırlaşmağa çağırıb. Əvvəllər 7-8 milyon cihaz istehsalı proqnozlaşdırılırdı.

Nikkei Asia qeyd edir ki, Amerika korporasiyası Xiaomi kimi istehsalı azaldan rəqiblərdən daha yaxşı komponent çatışmazlığı ilə mübarizə aparır.

"Apple ilə müqayisədə Çin istehsalçılarının əlavə çip tədarükünü təşkil etmək qabiliyyəti daha zəifdir," - deyə Apple və Xiaomi cihazlarının təchizatçısı olan bir şirkətin nümayəndəsi Nikkei Asia-ya bildirib. "Apple-ın yazda (yeni) iPhone-ları təqdim etmək və daha böyük bazar payı əldə etmək üçün motivi var."

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью