Apple 3 milyard cərimələndi

15.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Apple" bu günlərdə ciddi bir məhkəmə işi ilə üzləşib.

Milli.Az-ın məlumatına görə, Böyük Britaniyada istehlakçı hüquqlarını qoruyan "Which"? bulud saxlama xidmətləri üçün onlara yüksək qiymətlər tətbiq olunduğunu bildirərək qanuni mübarizəyə başlayıblar.

Əgər iş istehlakçıların xeyrinə yekunlaşarsa, "Apple" hər bir müştəriyə təxminən 70 funt sterlinq təzminat ödəməli ola bilər.

"Apple"ın ödəyəcəyi ümumi təzminatın 3 milyard sterlinqə çata biləcəyi təxmin edilir.

Qeyd edək ki, "Apple" isə "Which"? istehlakçı qrupunun ittihamlarını rədd edərək, iddialara qarşı özünü müdafiə edəcəyini açıqlayıb.
İlqar Şabanov
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью