Icma.az, Yenisabah saytına istinadən bildirir.
ABŞ-də məhkəmə "Apple"ın iki patent hüququnu pozduğuna qərar verib. Şirkətin bununla bağlı təxminən 5,72 milyard dollar təzminat ödəməsi nəzərdə tutulur.
“Yeni Sabah” xəbər verir ki, məhkəmə prosesi zamanı "Taction Technology" şirkəti "Apple"ı "iPhone" və "Apple Watch" kimi cihazlarda titrəmə ilə xəbərdarlıq etməyə imkan verən “Taptic Engine” texnologiyasında öz ixtirasından icazəsiz istifadə etməkdə ittiham edib. San-Diyeqo Federal Məhkəməsində andlılar heyəti iki patentdə yer alan ümumilikdə üç texniki xüsusiyyətin Apple tərəfindən pozulduğu qənaətinə gəlib.
Məhkəmənin qərarına əsasən, "Apple Taction" şirkətinə 5,72 milyard dollar təzminat ödəməlidir. "Apple" isə qərarla razılaşmadığını və hüquqi qaydada etiraz edəcəyini açıqlayıb. Şirkət "Taction"a məxsus hər hansı texnologiyadan istifadə etmədiyini bildirib. Pepperoni pizza
Bununla belə, hüquq mütəxəssisləri və texnologiya sahəsi üzrə analitiklər böyük şirkətlərə qarşı tətbiq edilən bu cür yüksək məbləğli təzminatların sonrakı məhkəmə mərhələlərində, xüsusilə apellyasiya prosesində əhəmiyyətli dərəcədə azaldıla və ya qərar tamamilə ləğv edilə biləcəyini qeyd edirlər. Məhkəmədə daha bir mühüm məqam ortaya çıxıb. Andlılar heyəti "Apple"ın patent hüquqlarını bilərəkdən və ya qəsdən pozmadığı qənaətinə gəlib.
ABŞ patent qanunlarına əsasən, şirkətin pozuntunu qəsdən və pis niyyətlə etdiyi müəyyənləşsəydi, təzminat hakimin qərarı ilə üç dəfəyə qədər artırıla bilərdi. Bu halda "Apple"ın ödəyəcəyi məbləğ təxminən 17 milyard dollara çata bilərdi.
Pozuntunun qəsdən edilmədiyinin müəyyənləşdirilməsi isə "Apple"ın apellyasiya prosesindəki hüquqi mövqeyi baxımından mühüm amil hesab olunur.