Apple ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

23.05.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Apple" neyroşəbəkə ilə gücləndirilmiş "Siri"yə sahib ağıllı eynəkləri 2026-cı ilin sonuna qədər təqdim edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mövcud məlumata görə, "Apple"ın eynəkləri kameralar, mikrofonlar "Meta" və "Google"un həllərinə bənzər şəkildə süni intellektlə təchiz olunacaq. Cihaz foto və video çəkməyə, tərcüməçi və naviqator kimi işləməyə, musiqi səsləndirməyə, zənglərə cavab verməyə və ətraf mühiti analiz etməyə imkan verəcək.

Eynəklərdə artırılmış reallıq texnologiyası nəzərdə tutulmayıb. Bunun əvəzinə cihazla təkmilləşdirilmiş "Siri" səsli köməkçisi vasitəsilə idarəetmə mümkün olacaq.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью