Apple Azərbaycanda bazar mövqeyini itirir

02.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin mobil qurğular bazarında oktyabr ayı üzrə liderlik 38,06 faizlik payla yenidən "Samsung" brendinə məxsus olub.

“Yeni Sabah” xəbər verir ki, sentyabrla müqayisədə 2,9 faiz bəndlik geriləmə qeydə alınsa da, şirkət keçən ilin eyni dövrünə nəzərən mövqeyini 13,51 faiz bənd gücləndirib.

İkinci pillədə qərarlaşan "Xiaomi"nin payı 27,58 faizə çatıb. Şirkətin göstəricilərində aylıq 1,13 faiz bənd azalma olsa da, ötən ilin oktyabrı ilə müqayisədə 9,71 faiz bəndlik artım dinamikası müşahidə olunub. Pepperoni pizza

Üçüncü sıradakı "Apple"ın payı isə 17,58 faiz təşkil edib. Brend sentyabr ayı ilə müqayisədə 1,91 faiz bənd irəliləsə də, illik müqayisədə mövqeyini 17 faiz (3,62 faiz bənd) itirib.

Digər istehsalçıların ümumi bazar payı isə aylıq 1,73 faiz bənd artaraq, illik müqayisədə 16,5 faiz bənd azalmaqla 9,21 faizə bərabər olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью