Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, əsas məlumatlar və razılaşmanın məbləği "Reuters" agentliyinin materialında yer alıb.
İş 2019-cu ildə Apple-ın keyfiyyət qiymətləndirməsi üçün cəlb etdiyi podratçılarının istifadəçilərin şəxsi danışıq fraqmentlərini dinləyə bilməsi ilə bağlı xəbərlərdən sonra təqdim edilib. Şirkət, yalnız "Siri" sorğularının 1%-dən azının yoxlanıldığını və pozuntu iddialarını rədd etdiyini bildirmişdi. Lakin, ötən ilin əvvəllərində Apple mübahisəni qlobal razılaşma yolu ilə həll etməyə razı olub.
Qalmaqal sonrası şirkət məxfilik siyasətini yeniləyib: indi istifadəçilər, "Siri" ilə aparılan dialoqların audio qeydlərinin istifadəsinə açıq razılıq verməlidirlər. Bundan əlavə, "Apple" "Siri"nin işinin keyfiyyətini yoxlamaq üçün üçüncü tərəf təşkilatlarından istifadəni dayandırıb.
Kompensasiya müraciətləri keçən ilin ortasında qəbul edilməyə başlayıb. Ödəməyə hüququ olan şəxslər 17 sentyabr 2014 ilə 31 dekabr 2024 tarixləri arasında "Apple" cihazlarını almış və təsadüfi olaraq "Siri"nin aktivləşməsi ilə qarşılaşmış istifadəçilərdir – yəni, köməkçi istifadəçinin əmrindən əvvəl qeydlər etməyə başlayıb.
Bir istifadəçi fərqli cihazlar üçün beş müraciət edə bilərdi. Lakin, 95 milyon dollarlıq ümumi fondda, hər cihaz üzrə orta ödəmə təxminən 8,02 dollar təşkil edib ki, bu da əvvəlcədən gözlənilən təxminən 20 dollardan xeyli azdır.
Bizimyol.info