Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bloomberg-in texnologiya müxbiri Mark Qurmanın sözlərinə görə, Apple bu həftə sürpriz bir təqdimata hazırlaşır.
KONKRET.az xəbər verir ki, Apple-ın sentyabr ayında iPhone təqdimat mərasimindən sonra bütün diqqətlər şirkətin növbəti addımındadır.
“Bloomberg” texnologiya müxbiri Mark Qurmanın sözlərinə görə, Apple bu həftə onlayn təqdimatda bir neçə yeni məhsulu elan etməyə hazırlaşır.
Qurmanın “Power On” bülleteninə görə, Apple M5 çipini ən azı iki yeni məhsulda təqdim edəcək: yeni iPad Pro və Vision Pro.
Qurman qeyd edib ki, bu modellərin təqdimatı “hər an baş verə bilər”.
Dəniz Pənahova
KONKRET.az