Apple da qaçış davam edir: Mühəndislər OpenAI və Meta ya keçir | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son aylarda "Apple” şirkətinin audio sistemlərdən və ağıllı saatlardan tutmuş robototexnika layihələrinə qədər bir sıra əsas məhsullar üzərində çalışan onlarla mühəndis və dizayneri rəqib "OpenAI” və "Meta” şirkətlərinə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Jurnal bildirir ki, işdən ayrılanların arasında ən azı dörd aparıcı menecer var.
Bu həftənin əvvəlində "Meta”nın rəhbəri Mark Zukerberq "Apple”ın keçmiş dizayn şöbəsinin rəhbəri Alan Dayı işə götürüb.
İyul ayında Zukerberq "Apple”ın süni intellekt bölməsinin rəhbəri Ruominq Panı illik bir neçə on milyon dollarlıq maaş təklifi ilə öz tərəfinə çəkib.
Bu hadisə şirkət daxilində mənəvi duruma ciddi təsir göstərib və bəzi aşağı vəzifəli əməkdaşlar da rəhbərlərinin ardınca işdən çıxıblar.
Mənbələrin sözlərinə görə, kadr axınına baxmayaraq, hazırda "Apple” üçün ciddi təhlükə yoxdur.
Tam oxu
Xəbəri oxu