Apple Hindistanı böyük cərimələrlə hədələyir

25.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikanın “Apple Inc” şirkətinin rəsmi distribyutorları Hindistan üzərindən Rusiyaya “boz” ("Boz" dedikdə isə ölkəyə qeyri-qanuni, əksər hallarda qaçaqmalçılıq yolu ilə gətirilən telefonlar nəzərdə tutulur) “iPhone” göndərişlərini məhdudlaşdırmaq barədə qərar veriblər.

"Cebheinfo.az" xəbər verir ki, hindistanlı pərakəndəçilərə göndərilən xəbərdarlıqda bildirilir ki, idxal edilən “iPhone” modelləri 90 gün ərzində xarici SIM kartlarla aktivləşdirilərsə, ciddi maliyyə cəzaları tətbiq olunacaq.

Hindistan mediası "MoneyControl"-un xəbərinə görə, yeni tənzimləmə xüsusilə ən son model olan “iPhone 17”-nin Rusiyaya göndərişinə təsir edəcək. Sistem cihazların aktivləşdirilmə prosesini izləyərək “boz bazar” hərəkətliliyinin qarşısını almağı hədəfləyir.

Mütəxəssislərə görə, Hindistanın ümumi elektron ixracatının təxminən 5 %-i bu qeyri-rəsmi kanallardan ibarətdir və bu məhsulların demək olar ki, yarısı Rusiyaya çatır. “Rozetked” portalının baş redaktoru Danil Qaraşenko bu inkişafların Rusiyadakı “iPhone” təchizatına mümkün təsirlərini dəyərləndirib.

Onun fikrincə, Hindistanda xüsusilə əsas model “iPhone 17”-nin təminatında yaşanan çətinliklərin bazarda qıtlığa səbəb olmaması üçün bu tədbirlər görülür. Qaraşenko bu tədbirlərin müvəqqəti həll ola biləcəyini düşünür.

O, Çində tətbiq olunan oxşar hallarda mağazaların cihazları müştərinin qarşısında açaraq öz SIM kartları ilə aktivləşdirdiyini, sonra isə cihazı sıfırlayıb təhvil verdiyini qeyd edib.

Mütəxəssis bu məhdudiyyətlərin Rusiyada “iPhone” tapılmasına tam təsir etməyəcəyini vurğulayıb. Çin, Yaponiya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələrdən təchizatın davam etdiyini, hətta bu kanallardan adətən daha sərfəli qiymətlərlə əldə etməyin mümkün olduğunu bildirib.

Lakin istehlakçıların fərqli bölgə modelləri arasındakı texniki fərqlərə (fiziki SIM/eSIM dəstəyi kimi) diqqət yetirməsi tövsiyə olunur."MoneyControl"-un məlumatına görə, Hindistanın ümumi elektron ixracatının təxminən 40 %-ni “iPhone”-lar təşkil edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью