Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Apple"nin iki batareyaya malik yeni "iPhone" modeli üzərində işlədiyi iddia olunur.
Redaktor.az xəbər verir ki, bu barədə "Macworld" yazıb.
Məlumata görə, iOS 27-nin beta versiyasının kodunda iki batareyalı "iPhone"yə işarə edən məlumatlar aşkarlanıb. Jurnalistlər bunun şirkətin hazırladığı qatlana bilən "iPhone" modeli ola biləcəyini ehtimal edirlər.
İddialara görə, qatlana bilən telefonun korpusunun hər iki hissəsində ayrıca batareya yerləşdiriləcək. Bu isə cihazın batareyalarının ayrıca təmir və ya dəyişdirilməsinə imkan verə bilər.
Yeni modelin “iPhone Ultra” adlandırılacağı və 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir.
Aytəkin TOFİQQIZI