Apple ilk qatlanan iPhone modelini sınaqdan KEÇİRİR

02.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Apple" şirkəti bir sıra ölkələrin mobil rabitə operatorlarına sınaqdan keçirilməsi üçün özünün ilk qatlanan "iPhone" modelinin prototiplərini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri "Fixed Focus Digital" insayderinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, cihazın hazırlanması və istehsalata hazırlıq prosesi "sürətlə irəliləyir".

İnsayderin məlumatına görə, smartfon yüksək möhkəmliyə və aşınmaya qarşı dözümlülüyə malik olan "maye metal"dan (liquid metal) hazırlanmış şarnirlə (birləşdirici mexanizm) təchiz olunacaq. Əvvəllər bu komponentin istehsalında çətinliklərin yarandığı barədə şayiələr gəzsə də, hazırda şarnirin konstruksiyasının artıq təsdiqləndiyi bildirilir.

Prototiplərin operatorlara göndərilməsi kommersiya satışından əvvəl mühüm mərhələ hesab olunur. Bu, cihazın mobil şəbəkələrlə uyğunluğunu yoxlamağa və sertifikatlaşdırma prosesini keçməyə imkan verir. Qeyd olunub ki, qatlanan "iPhone"un kütləvi istehsalına artıq bu ilin iyul ayında start verilə bilər.

Şayiələrə görə, yeni smartfon 7.8 düymlük daxili və 5.5 düymlük xarici displey, "A20" prosessoru, "C2" modemi, həmçinin "Face ID" əvəzinə "Touch ID" skaneri və iki əsas kamera ilə təchiz olunacaq.

Cihazın "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri ilə birlikdə debüt edəcəyi gözlənilir. Qatlanan "iPhone"un satış qiymətinin isə təxminən 2000 dollar (cari məzənnə ilə təxminən 3400 AZN) təşkil edəcəyi ehtimal olunur.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью