Apple ın gəlirləri üçüncü rübdə 12 faiz artıb

03.11.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Apple" şirkətinin 2026-cı maliyyə ilinin üçüncü rübündə xalis satışları illik müqayisədə 12 faiz artaraq 114,5 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, şirkətin xalis mənfəəti  30,7 milyard dollar təşkil edib.

Ən yüksək artım "iPhone" satışlarında qeydə alınıb. Belə ki, "iPhone" satışlarından əldə olunan gəlir 17,5 faiz artaraq 57,6 milyard dollara yüksəlib. Mac satışları 23,7 faiz artdığı halda, iPad satışları 10,4 faiz azalıb.

Bundan əlavə, Apple-ın xidmətlər üzrə gəlirləri 10 faiz artaraq 31,6 milyard dollara çatıb.

Qeyd edək ki, 2026-cı maliyyə ili ərzində şirkətin ümumi satışları 478,8 milyard dollar, xalis mənfəəti isə 132,2 milyard dollar təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью