Apple iPhone 19 un buraxılışını ləğv edib | Icma.az
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın texnologiya nəhəngi "Apple" 2027-ci ildə "iPhone 19" modelini təqdim etməyəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Cənubi Koreyanın "ETNews" nəşri yayıb.
Nəşrin məlumatına görə, qərar "Omdia" analitiki Xo Mu Yel tərəfindən təsdiqlənib.
O bildirib ki, Apple 2027-ci ildə iPhone seriyasını "19" modeli ilə davam etdirmək əvəzinə, birbaşa "iPhone 20" adı altında yeni nəsil smartfonları təqdim edəcək.
Bunun səbəbi həmin ilin ilk iPhone-un buraxılışının 20 illiyi ilə üst-üstə düşməsidir. "Apple" bu yanaşmadan əvvəllər də istifadə edib.
Belə ki, 2017-ci ildə şirkət iPhone-un 10 illiyini qeyd edərkən "iPhone 9" modelini buraxmamış, onun əvəzində eyni ildə həm "iPhone 8", həm də "iPhone X" (10) modellərini təqdim etmişdi.
Ekspertlər hesab edirlər ki, bu addım Apple-ın brend strategiyasının bir hissəsidir.
Tam oxu
Xəbəri oxu