Apple maps də Xankəndi Stepanakert göstərilir

05.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Apple maps" tətbiqinin ingilis dili versiyasında Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adı ilə göstərilməsi diqqət çəkib.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan ekran görüntüsündə tətbiqin Azərbaycan dilində şəhərin adı “Xankəndi” kimi əks olunsa da, ingilis dili interfeysinə keçid zamanı “Stepanakert” adından istifadə olunduğu bildirilir.

Paylaşılan görüntüdə şəhər daxilində Azərbaycan prospekti, Təbriz küçəsi, Rəsulzadə küçəsi və digər Azərbaycan toponimləri yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью