“Apple Maps” Meksika körfəzinin adını dəyişdi

13.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı fərmanından sonra “Apple Maps” coğrafi ərazini adını dəyişib.

Metbuat.az xəbər verir ki, “Apple Maps” “Meksika körfəzi” adını dəyişərək “Amerika körfəzi” adlandırıb. Bildirilir ki ABŞ Coğrafi Adlar Sistemi Trampın Meksika körfəzi üçün ad dəyişikliyini tətbiq etdikdən sonra şirkətlər qərara əməl etməyə başlayıblar. Ağ Ev X sosial media hesabında "Amerika körfəzi Apple xəritələrindədir" açıqlamasını verərək, “Apple Maps“də edilən ad dəyişikliyinin şəklini paylaşıb.

Qeyd edək ki, bundan əvvəl “Google”, xəritələr tətbiqindəki "Meksika körfəzi" adının "Amerika Körfəzi" olaraq dəyişdirildiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью