Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. ABŞ-ın texnologiya nəhəngi "Apple" öz işçiləri üçün əhəmiyyətli bir təşəbbüsə imza atdı.
Şirkət işçilərinə məhsulları daha yaxşı satmağa kömək etmək üçün süni intellekt (Sİ) sistemi hazırlayıb.
Bizimyol.info xəbər verir ki, əsas diqqəti işçilərin təliminə yönəldəcək bu süni intellekt işçilərin "Apple" və onun məhsulları ilə bağlı yarana biləcək suallarına cavab verməyə çalışacaq.
Əslində "Apple"ın bu addımı təəccüblü deyil. Süni intellekt getdikcə həyatımızın hər sahəsinə inteqrasiya olunur.
"Apple" hətta rəsmi dəstək səhifəsi üçün Sİ sistemi üzərində işləyir.
Bu süni intellekt mövcud olduqdan sonra son istifadəçilər "Apple" Dəstək səhifəsində Sİ dəstəyi alacaqlar.
Şirkətin yeni təşəbbüsü həm də işçilərin süni intellektdən istifadə edərək təlim keçməsinə imkan verəcək.
"Apple" öz işçiləri üçün hazırladığı generativ süni intellekt hələ sınaq mərhələsindədir.