“Apple” özünün ən bahalı kompüterini yeniləməyəcək

17.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

ABŞ-ın “Apple” şirkəti bundan sonra özünün ən bahalı kompüterini yeniləməyəcək.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, 2023-cü ilin ortalarında buraxılan “Mac Pro” kompüterinin son versiyası kifayət qədər köhnəlmiş “M2 Ultra” prosessoru ilə təchiz olunub. Kompüter, həmçinin ilk dəfə 2019-cu ildə təqdim edilən dizayna malikdir. Şirkətdən verilən məlumata görə, IT nəhəngi çox güman ki, həmin cihazı daha yeniləməyəcək.

Qeyd edək ki, “Mac Pro” şirkətin ən bahalı kompüteridir. Hazırda onun qiyməti 7 min dollardır. “Mac Pro” kompüterinin varisi sayılan “Mac Studio” daha güclü “M4 Max” prosessoruna və 36 GB RAM-a malik olsa da, qiyməti sələfindən xeyli ucuz - 2 min dollardan başlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью