“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində! | Icma.…
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell
Lider mobil operator “Apple Pay” və “Google Pay”in “Azercell” mobil tətbiqinə inteqrasiyasını reallaşdırır.
Bu yenilik istifadəçilərə mobil balanslarını tez, təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir, kart məlumatlarını manual olaraq daxil etmək ehtiyacını aradan qaldırır.
“Apple Pay” və “Google Pay”ın “Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyə imkan verir.
Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.
Əlavə məlumat üçün: https://www.azercell.com/az/ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu