Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Apple” şirkətinin ilk qatlanan smartfonu “iPhone Duo”nun satışa çıxarılması ilə bağlı problemlər yaranıb.
Redaktor.az xəbər verir ki, “Bloomberg” nəşrinin məlumatına görə, cihaz üçün əvvəlcədən sifarişlər başladıqdan qısa müddət sonra ehtiyat tükənib.
Nəşrin analitiki Mark Qurmanın sözlərinə görə, şirkət cihazın istehsalı və ehtiyatları ilə bağlı problemlərdən xəbərdar olsa da, satışlara başlamaq qərarına gəlib. O, “Apple”ın tələbatı qarşılamaq imkanlarını lazımi səviyyədə nəzərə almadığını bildirib.
Məlumata görə, şirkət əvvəlcə “iPhone Duo”nu yalnız ABŞ və Çində satışa çıxarmağı, daha sonra isə digər ölkələrə təqdim etməyi planlaşdırıb. Lakin sonradan 70-dən çox ölkədə eyni vaxtda əvvəlcədən sifarişlərin qəbuluna başlanılıb.
“MacRumors” nəşrinin məlumatına görə, bəzi “Apple Store” əməkdaşlarından müştəriləri cihazın mağazalarda tapılmaya biləcəyi barədə xəbərdar etmələri istənilib.
Aytəkin TOFİQQIZI