“Apple” qiymətləri artırır: Yeni “iPhone”lar bahalaşacaq KONKRET

04.09.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Apple” yaddaş böhranı səbəbindən yeni nəsil telefonların qiymətini artırmağa məcbur qala bilər.

KONKRET.az xəbər verir ki, “TrendForce” analitik şirkətinin hesabatına əsasən, “iPhone 17” seriyasının təqdimatından bəri “Apple”ın yaddaş xərcləri 4 dəfə artıb.

Analitiklər yeni telefonların əvvəlki nəsillə müqayisədə 10-20 faiz bahalaşacağını proqnozlaşdırırlar. Belə ki, “iPhone 17 Pro”nun qiyməti 1100 dollar (təxminən 1870 manat) olduğu halda, “iPhone 18 Pro”nun təxminən 1300 dollara (təxminən 2210 manat) satılması gözlənilir.

Hesabata görə, qatlanan “iPhone Ultra” isə ən azı 2100 dollara (təxminən 3570 manat) başa gələ bilər.

Qeyd edək ki, “Apple”ın sentyabrın 9-da “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone Ultra” modellərini təqdim edəcəyi gözlənilir./publika

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью