“Apple” qlobal nasazlığın səbəbini açıqladı Yenilənib

18.11.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Apple” şirkətinin bir sıra rəqəmsal xidmətlərində texniki nasazlıq qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətin rəsmi sistem statusu səhifəsində noyabrın 17-də “iCloud Account & Sign In”, “App Store”, “Apple Music” və “AppleCare on Device” xidmətlərində problemlər olduğu göstərilib.

“Apple”ın məlumatına görə, nasazlıq səbəbindən bəzi xidmətlər ləng işləyə və ya müvəqqəti əlçatmaz ola bilər. Şirkət xüsusilə “iCloud” hesabına daxilolma ilə bağlı problemin bütün istifadəçilərə təsir etdiyini bildirib.

İstifadəçilər isə hesablarından çıxarıldıqlarını, yenidən daxil olmaqda, tətbiqləri yükləməkdə və musiqi xidmətindən istifadə etməkdə çətinlik çəkdiklərini bildiriblər.

Bundan əlavə, “Apple Pay” və yeni cihazların aktivləşdirilməsi ilə bağlı da problemlər barədə şikayətlər yayılıb.

***

Texnologiya nəhəngi “Apple” bir sıra əsas xidmətlərində baş verən texniki fasilə ilə bağlı rəsmi açıqlama yayıb.

Şirkət öz sistem statusu səhifəsində “Apple Music”, “App Store” və “AppleCare” xidmətlərinin tamamilə dayandığını, “iCloud”a giriş interfeysində isə ciddi problemlər yarandığını təsdiqləyib.

“Apple" tərəfindən yayılan rəsmi bəyanatda nasazlığın daxili sistem yeniləməsindən qaynaqlandığı bildirilib: “Bu səhər həyata keçirilən daxili yeniləmə bəzi xidmətlərin dayanmasına səbəb olmuşdu, lakin sistemlərimizin çoxu artıq bərpa olunub və işlək vəziyyətdədir. Qalan sistemləri də ən qısa zamanda tam işə salmaq üçün çalışırıq”.

Qeyd edək ki, nasazlıq zamanı onlayn xidmətlərin işini izləyən “Downdetector” portalı istifadəçilər arasında “Apple Pay” ödəniş sistemi ilə bağlı şikayətlərin də kəskin artdığını qeydə alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью