“Apple” “Siri”ni çatbota çevirmək istəyir

22.01.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Amerikanın “Apple” şirkəti bu il “Siri” səs köməkçisini süni intellektlə işləyən tam hüquqlu çatbota çevirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, şirkətə bazar liderləri “OpenAI” və “Google”la rəqabət aparmağa imkan verəcək.
Şirkətin bildirdiyinə görə, çatbota ilkin olaraq “Campos” adı verilib. O, mövcud “Siri” interfeysini tamamilə əvəz edəcək. Çatbot “Apple” smartfonlarında, planşetlərində və kompüterlərində mövcud olacaq. Tətbiq mövcud səs köməkçisində olduğu kimi “Siri” səs əmri ilə və ya yan düyməni uzun müddət basmaqla aktivləşdiriləcək.
“Siri”nin yenidən qurulması şirkətin rəqiblərindən geri qaldığı süni intellekt bazarını fəth etmək üçün “Apple”ın planının əsas hissəsi olacaq.
Tətbiq yeniləməsinin iyun ayında Kaliforniyada keçiriləcək Ümumdünya Tərtibatçılar Konfransında təqdim edilməsi, sentyabr ayında isə rəsmi olaraq tətbiq edilməsi planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью