“Apple” şirkəti “iPhone” istehsalını Çindən çıxarır

25.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Apple” şirkətindəki mənbələrə istinadən belə məlumat yayan “Financial Times (FT)” nəşrinin yazdığına görə, buna səbəb ABŞ prezidenti Donald Trampın siyasəti və Çinlə ticarət müharibəsi nəticəsində istehsal xərclərinin və risklərin artmasıdır.
“İstehsal güclərinin Çindən çıxarılmasını sürətləndirən “Apple” şirkəti 2026-cı ilin sonuna qədər Hindistanda ABŞ üçün 60 milyondan çox “iPhone” istehsal etməyi planlaşdırır ki, bu da cari həcmin iki dəfə artırılması deməkdir”, - xəbərdə deyilir.
+++Bu keçidə ABŞ və Hindistan arasında ticarət danışıqlarındakı irəliləyiş də öz töhvəsini verir. Hindistana səfərindən sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens tarif şərtləri ilə bağlı “çox yaxşı irəliləyiş”in əldə edildiyini bildirib. “Apple” şirkəti Hindistanda işləmək üçün əlverişli şəraitin yaradılması məsələsində ABŞ administrasiyası ilə fəal əməkdaşlıq edir.
Xatırladaq ki, apreli əvvəllərində ABŞ prezidenti Donald Tramp 185 ölkədən gələn məhsullara 10%-lik universal tariflər, Çindən gələn mallara isə 145%-ə qədər fərdi tariflər tətbiq edib. Bunun qarşılığında Pekin Amerikadan idxala tarifləri 125%-ə qaldırıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью