Apple şirkəti LGBT təbliğatına görə CƏRİMƏLƏNDİ

19.05.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya Federasiyasında ekstremist kimi tanınan və qadağan olunmuş beynəlxalq LGBT hərəkatını təbliğ etdiyinə görə "Apple" şirkətini 7,5 milyon rubl cərimələyib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“"Apple" şirkəti məhkəmə tərəfindən LGBT təbliğatına görə üç protokol əsasında ümumilikdə 7,5 milyon rubl məbləğində cərimə edilib”, - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Moskvanın Taqanski Rayon Məhkəməsi qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə "Apple Distribution International" LTD şirkətinə qarşı inzibati protokolla bağlı qərar çıxarıb. Şirkət Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 6.21 maddəsinin 3-cü hissəsinə əsasən təqsirli bilinib və 2,5 milyon rubl cərimə edilib.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью