“Apple” şirkətinin tarixində ən bahalı SMARTFON

25.11.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Apple"in ilk qatlanan telefonu - "iPhone Fold" şirkətin tarixində ən bahalı smartfon olacaq.

Redaktor.az bildirir ki, barədə Investing analitik Artur Lyaoya istinadən xəbər yayıb.

Mütəxəssisin tədarük zəncirlərinə dair araşdırmasına əsasən, "Apple" 2026-cı ildə ən yüksək qiymətli cihazını təqdim edəcək. Qatlanan "iPhone"un satışa ən azı 2400 dollardan (təxminən 190 min rubl) çıxacağı proqnozlaşdırılır.

Lyaonun sözlərinə görə, məhz bu qiymət istehsal xərclərini kompensasiya etməyə və şirkətə gəlir əldə etməyə imkan verəcək. Analitik cihazın bazar perspektivlərini də müsbət qiymətləndirir: şərti olaraq "iPhone Fold" adlandırılan modelin 2026-cı ildə qlobal smartfon bazarının 7 faizini tutacağı, "Apple"ın həmin il 5,4 milyon ədəd satacağı gözlənilir. Ümumi satış həcminin isə 15,4 milyon ədədə çatacağı bildirilir.

Məqalədə qeyd olunur ki, ilkin hesablamalara görə, "iPhone Fold"un qiyməti 2000 dollardan başlamalı idi. Lakin qabaqcıl texnologiya və komponentlər səbəbindən cihaz rekord dərəcədə bahalı olacaq. Hazırda "Apple"ın ən bahalı modeli 1200 dollardan başlayan "iPhone 17 Pro Max"dır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью