“Apple” süni intellekt dəstəkli sağlamlıq araşdırması başladıb

16.11.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” süni intellekt dəstəkli sağlamlıq araşdırması başladıb.

Banco.az xəbər verir ki, “Apple” insanların sağlamlıq sahəsində süni intellektdən necə istifadə etdiyini öyrənmək məqsədilə yeni araşdırma tətbiqi istifadəyə verib.

“OpenAI” və “Anthropic” kimi iri süni intellekt laboratoriyaları sağlamlıqla bağlı sualları cavablandıra bilən və xüsusi funksiyalar təklif edən çatbotların hazırlanmasına diqqət yetirdiyi halda “Apple” fərqli yanaşma seçib. Şirkət süni intellektin sağlamlıq sahəsində istifadəsini araşdırmaqla yanaşı, klinik məlumatlara əsaslanan cavabların insanlara necə kömək edə biləcəyini öyrənməyi hədəfləyir.

“Apple”ın sağlamlıq tətbiqi necə işləyir?

“iPhone” istehsalçısı sağlamlıq sahəsində süni intellekt texnologiyaları hazırlayan “OpenEvidence” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni araşdırma tətbiqi təqdim edib.

“Apple” ABŞ-də yaşayan, 21 yaş və yuxarı olan, “iPhone 15” və ya daha yeni modeldən istifadə edən, “iOS 26” və ya daha sonrakı əməliyyat sisteminə malik, həmçinin “Apple Intelligence” funksiyası aktiv olan istifadəçiləri araşdırmaya qatılmağa dəvət edir.

Şirkət 12 aydan çox davam etməsi nəzərdə tutulan araşdırmaya 200 min nəfərədək iştirakçı cəlb etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью