“Apple“ tarixinin ən bahalı “iPhone“u hazırlanır

02.02.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

İlk qatlana bilən "iPhone" smartfonlar arasında ən böyük tutumlu batareya ilə təchiz ediləcək.

Moderator.az xəbər verir ki, bu barədə "MyDrivers" portalı tədarük zəncirindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qatlana bilən "iPhone" 5 500 mAs tutumlu batareya əldə edəcək ki, bu da indiyədək "Apple" smartfonları üçün rekord göstərici sayılır. Açıq vəziyyətdə qurğu tərəflər nisbəti təxminən 4:3 olan 7,8 düym diaqonallı daxili displeylə təchiz ediləcək. 120 Hz-dək adaptiv yenilənmə tezliyinə malik LTPO OLED panelini "Samsung" tədarük edəcək.

Xarici ekranın diaqonalı təxminən 5,3 düym olacaq və bir əllə istifadə üçün optimallaşdırılacaq.

Smartfonda "Face ID" funksiyası olmayacaq. İdentifikasiya üçün güc düyməsinə inteqrasiya olunmuş "Touch ID" barmaq izi skanerindən istifadə ediləcək. Əsas kamera sistemi hər biri 48 MP olan iki sensordan ibarət olacaq.

Qurğu həmçinin "Apple A20 Pro" prosessoru ilə təchiz ediləcək. Bu prosessorun "iPhone 18 Pro" modellərində də istifadə ediləcəyi bildirilir.

"JPMorgan Chase" analitiklərinin qiymətləndirməsinə görə, qatlana bilən "iPhone"un başlanğıc qiyməti təxminən 2 000 ABŞ dolları, maksimal konfiqurasiyanın qiyməti isə 2 500 dollardan yuxarı ola bilər. Bu isə onu "Apple" tarixində ən bahalı smartfon edəcək. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью