“Apple” televizor istehsal edəcək | Icma.az
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
On ildən çox fasilədən sonra “Apple” yenidən televizor istehsal etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “MacRumors” portalı “Bloomberg” müxbiri Mark Qurmana istinadla məlumat yayıb.
Məlumata görə, 2009-2011-ci illərdəki uğursuz cəhddən sonra şirkət ikinci dəfə televizor bazarına girməyə çalışır.
Qurmanın sözlərinə görə, “Apple” öz brendi altında yeni ağıllı ev cihazları xəttinin bir hissəsi ola biləcək televizor yaratmaq ideyasını araşdırır.
Lakin layihə inkişafın çox erkən mərhələsindədir və onun istehsal mərhələsinə keçməsi üçün illər lazım gələ bilər.
Əgər “Apple TV” uğur qazansa, bu, şirkətin televizor bazarında rəqabət aparması üçün yeni imkanlar açacaq.
Hazırda “Apple” yalnız televizorunuza qoşulan “Apple TV” yayım qurğusunu təklif edir.
Tam oxu
Xəbəri oxu