Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple Vision Pro” vitse-prezidenti “OpenAI” şirkətinə keçir.
Banco.az xəbər verir ki, texnologiya nəhəngləri arasında ağıllı cihazlar üzrə rəqabət daha da güclənir. “Apple” şirkətinin “Vision Pro” başlığından məsul vitse-prezidenti Pol Mid “OpenAI”ın aparat təminatı komandasına qoşulmaq üçün şirkətdən ayrılır.
Pol Mid “Apple”ın gələn il bazara çıxarmağı planlaşdırdığı süni intellekt dəstəkli ağıllı eynəklərin hazırlanmasına rəhbərlik edirdi. Yüksək qiymətli “Vision Pro” gözlənilən uğuru əldə edə bilməsə də, “Apple” daha münasib qiymətli ağıllı eynəklərin “Meta”nın geyilə bilən cihazları ilə rəqabət aparmasına kömək edəcəyinə ümid edir. Pol Mid yeddi il ərzində “Vision Pro”nun aparat mühəndisliyi istiqamətinə rəhbərlik edib və “Apple”ın ağıllı eynək təşəbbüsünə liderlik edib.
Bu keçidin Con Ternusun yaxın vaxtlarda “Apple”ın baş icraçı direktoru vəzifəsini icra edəcək olması və aparat mühəndisliyi komandasında köklü dəyişikliklər aparmaq qərarı ilə də əlaqəli olduğu bildirilir. Belə ki, bu dəyişikliklər şirkətin bəzi vitse-prezidentlərində səlahiyyətlərinin azaldılması ilə bağlı təəssürat yaradıb. Hazırda aparat mühəndisliyi bölməsinə rəhbərlik edən və 25 ildir “Apple”da çalışan Con Ternus sentyabrın 1-dən etibarən baş icraçı direktor vəzifəsini üzərinə götürəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!