Olke.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-də texnologiya nəhəngi "Apple"a qarşı məhkəmə qarşısında iddia qaldırılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət istehsal etdiyi "Apple watch"un kəmərlərində xərçəngə səbəb olan maddələrdən istifadə etməkdə ittiham edilir.
Qeyd olunur ki, brendə məxsus ağıllı saatların qayışlarında yüksək səviyyədə toksik sonsuz kimyəvi maddələr (PFAS) var.
Belə ki, ABŞ-də müxtəlif brendlərə məxsus 22 saat qayışını sınaqdan keçirildiyi araşdırma aparılıb.
Bu zaman həmin saatlardan 15-də PFAS aşkarlanıb. Qeyd edilib ki, saatlardan bəziləri "Apple" istehsalı olub.
Bundan sonra istifadəçilər şirkəti məhkəməyə verib. "Apple"ın açıqlamasında deyilir ki, istehsal etdikləri ağıllı saatların qayışları flüor
İddiaçılar şirkəti fırıldaqçılıqda ittiham edirlər, çünki "Apple watch"un əslində zəhərli olmasından narahatdırlar.
Qeyd edək ki, PFAS-lar 4700-dən çox kimyəvi maddəni ehtiva edən perftorlu və poliftorlu alkil maddələridir.