“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

26.08.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Apple” şirkəti yeni məhsullarının təqdimat mərasimini sentyabrın 9-da keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə korporasiyanın rəsmi saytında məlumat verilib.
 

Təqdimat Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq və onlayn yayımlanacaq. Tədbirin şüarı "Sürpriz və Parıltı" olaraq təyin edilib. Şirkət hansı konkret yeniliklərin təqdim olunacağını hələlik dəqiqləşdirməyib.


“Bloomberg”in məlumatına görə, sentyabr təqdimatında “iPhone 16”, “iPhone 16 Plus”, “iPhone 16 Pro” və “iPhone 16 Pro Max” modellərinin nümayişi gözlənilir.
Həmçinin tədbirdə yeni “Apple Watch Series 10” və iki variantda təqdim ediləcək “AirPods 4” qulaqlıqlarının da təqdim olunacağı ehtimal edilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью