Apple yeni xidmətini təqdim etməyə hazırlaşır

03.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Apple şirkəti tədbirlər üçün dəvətnamələrin idarə edilməsini asanlaşdıracaq yeni iCloud xidmətini işə salmağa hazırlaşır.
Bakıvaxtı.az-ın məlumatına görə,
şirkət yeni məhsuluna Confetti kod adını verir.
Confetti istifadəçilərə “partilər, tədbirlər və görüşlər üçün insanları yeni üsulla dəvət etməyə” imkan verəcək.
Hazırda bu funksiyanın ayrıca tətbiq kimi təqdim olunacağı, yoxsa mövcud Apple tətbiqlərinə – məsələn, "Təqvim"ə inteqrasiya ediləcəyi bəlli deyil.
Yeni xidmət keçən həftə geniş ictimaiyyətə təqdim edilmiş iOS 18.3 ilə bağlıdır.
Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью