“Apple”dan kritik qərar “iPhone 19” olmayacaq

23.10.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

“iPhone”un 2027-ci ildə 20 illik yubileyini qeyd etməyə hazırlaşdığı bir dönəmdə “Apple”ın bu xüsusi il üçün iddialı yenidən dizayn və ad dəyişikliyi planlaşdırdığı bildirilir.

Lent.az xəbər verir ki, iddialara görə “Apple” “iPhone 19”u atlayaraq birbaşa “iPhone 20”ni təqdim edəcək.

“iPhone 20” seriyasının çərçivəsiz ekran kimi xüsusiyyətləri ilə yeni dizayn mərhələsini qeyd edəcəyi gözlənilir.

Bir digər iddiaya görə isə “Apple” gələn il standart “iPhone 18”i atlaya və yalnız “Air”, “Pro” və çox gözlənilən “iPhone Fold” modellərini buraxa bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью