Milli.az saytına istinadən Icma.az xəbər verir.
"Apple"ın iyunun 8-də başlayacaq "WWDC" tədbirində təqdim edəcəyi gözlənilən iOS 27 əməliyyat sistemi ilə bağlı ilk məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, sızan məlumatlara görə, bir sıra köhnə "iPhone" modelləri yeni yeniləməni almayacaq.
İddialara əsasən, aşağıdakı modellər iOS 27 dəstəyindən məhrum olacaq: "iPhone 11", "iPhone 11 Pro", "iPhone 11 Pro Max", "iPhone SE" (2-ci nəsil)
Bu cihazların sahibləri iOS 26 versiyasında qalacaqlar, lakin müəyyən müddət ərzində təhlükəsizlik yeniləmələri almağa davam edəcəklər.
Bundan əlavə, "Apple"ın macOS 27 ilə "Intel" prosessorlu bəzi köhnə Mac kompüterlərinə də dəstəyi dayandıracağı bildirilir. Şirkət yeni proqram təminatını əsasən "Apple Silicon" çipləri üçün optimallaşdırmağa çalışır.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi deyil və "Apple" dəqiq uyğunluq siyahısını "WWDC 2026" tədbirində açıqlayacaq. /Lent.az
Milli.Az