Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Apple” istifadəçilərin adından müxtəlif tapşırıqları yerinə yetirə bilən avtonom süni intellekt agenti hazırlayır. Bununla şirkət “OpenAI”, “Anthropic” və “Meta” kimi rəqiblərlə eyni bazara daxil olmağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, şirkət yeni layihə üçün baş mühəndislik meneceri axtarışına başlayıb. İş elanında süni intellekt sisteminin istifadəçi adından kod yaza, internetdə axtarış edə, tətbiqləri idarə edə və cihazlarda müxtəlif əməliyyatlar həyata keçirə biləcəyi qeyd olunub.
Yeni texnologiyanın əməliyyat sistemlərinin interfeysində müstəqil hərəkət etməsi planlaşdırılır. “Apple” layihədə məxfilik və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir.
Şirkət istifadəçi adından əməliyyat aparan sistemin güclü icazə mexanizmləri və şəffaf təhlükəsizlik qaydaları ilə təmin edilməsinin vacibliyini vurğulayıb.
Vüsalə Hüseynova,
BakuPost