“Apple”dən maraqlı addım

11.08.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Apple” uzun illərdir “iPhone”u qüsursuz görünən məhsul görüntüləri ilə təqdim etməyə üstünlük verirdi.
Yeni “Relax, It’s iPhone” kampaniyasında isə bu yanaşmadan uzaqlaşır. Bu dəfə reklamların baş qəhrəmanı parlaq studiya çəkilişləri deyil, gündəlik həyatdan tanış anlardır.

Yağış altında foto çəkmək, telefonu vannanın kənarında qoymaq və ya uşağın yeməyinin telefonun üzərinə tökülməsi... “Apple” hər birimizin qarşılaşa biləcəyi bu kiçik xoşagəlməz hadisələri kampaniyanın mərkəzinə gətirir. Beləliklə, “iPhone”un davamlılığını texniki xüsusiyyətlərlə deyil, real istifadə təcrübəsi üzərindən nümayiş etdirir.

“Apple”ın həyata keçirdiyi kampaniya, ilk növbədə Nyu-York, Los-Anceles və San-Fransisko olmaqla müxtəlif məkanlardakı bilbordlar və açıq hava reklamları ilə diqqət çəkir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью