Icma.az, Bakupost saytına istinadən bildirir.
“Apple” oktyabrın 28-də “Pro and Tell” adlı yeni tədbir keçirəcək. Tədbirdə toxunma ekranlı "MacBook" modellərinin, M6 prosessorlu "Mac" kompüterlərinin və OLED ekranlı "iPad mini"nin təqdim olunacağı gözlənilir.
“Bakupost” xəbər verir ki, yeni "MacBook Pro" modellərinin 14 və 16 düymlük "Organic Light-Emitting Diode" ( üzvi işıqsaçan diod) ekranlarla təchiz ediləcəyi iddia olunur. Noutbukların “M5 Pro” və “M5 Max” prosessorları ilə işləyəcəyi və əvvəlki modellərlə müqayisədə daha yüngül olacağı bildirilir.
Bundan başqa, şirkətin 14 düymlük “MacBook Pro” və “iMac” modellərini yeniləməsi də gözlənilir. “Apple” yeni məhsullarla bağlı detalları hələ rəsmi şəkildə açıqlamayıb.
Vüsalə Hüseynova,
BakuPost